Ezonn Xəbər

Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə yürüş başlayıb

Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə yürüş başlayıb
Ezonn TV «Naxçıvan Xəbərləri» mənbəsinə istinadən xəbər verir. Naxçıvan şəhərində 9 Noyabr – Dövlət Bayrağı Günü münasibətilə hərbi orkestrin müşayiəti ilə yürüş keçirilir. "NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, yürüşdə Əlahiddə Ümumqoşun Ordunun hərbi qulluqçuları və Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən Naxçıvan Hərbi Kollecin kursantları iştirak edirlər. Şəhərin Dilqəm Pişəvəri küçəsindən başlayan yürüşün Zəfər Parkında başa çatması nəzərdə tutulub.