Polşada 6 nəfəri öldürən şəxs xəstəxanada öldü

Ezonn TV «Axar.az» mənbəsinə istinadən xəbər verir.
Polşanın Krakov şəhərində insanlara atəş açan şəxs bu gün səhər saatlarında xəstəxanada ölüb. Axar.az xəbər verir ki, bu barədə Malopolsk Voyvodalığı Polisi X sosial şəbəkəsində məlumat yayıb. Qeyd edək ki , noyabrın 7-si axşam saatlarında dəbilqə və zirehli jilet geyinmiş silahlı bir şəxs qara rəngli avtomobillə Krakovdakı əsas bazar meydanına daxil olub və yoldan keçənlərə, həmçinin tramvaya atəş açıb. Hücum nəticəsində 6 nəfər həlak olub, azı 15 nəfər isə yaralanıb.