Ezonn Xəbər

Dövlət Bayrağı Günü: Bakıda hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilir - FOTOLAR

Dövlət Bayrağı Günü: Bakıda hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilir - FOTOLAR
Ezonn TV «Cebheinfo.az» mənbəsinə istinadən xəbər verir. 9 Noyabr - Dövlət Bayrağı Günü münasibətilə Bakının mərkəzi küçə, prospekt və meydanlarında hərbi orkestrlərin müşayiəti ilə yürüşlər təşkil edilir. "Report" xəbər verir ki, hərbi qulluqçuların iştirakı ilə saat 11:00-da başlayan yürüşlər 13:00-dək davam edəcək. Yürüşlər aşağıdakı marşrutlar üzrə həyata keçirilir: - Heydər Əliyev Sarayı - Bülbül prospekti - Nizami Kino Mərkəzi - Neftçilər prospekti - Azadlıq meydanı - Dəniz vağzalı; - Şəhidlər Xiyabanı - "Alov Qüllələri" Kompleksi - Çəmbərəkənd parkı - "İçərişəhər" metrosu - İçərişəhər Qala Qapısı - Azərbaycan Dövlət Kukla teatrı, Azneft dairəsi - Bəhram Gur heykəli; - Nərimanov heykəli - Mərkəzi Park - Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı - Qış Parkı - Heydər Əliyev Sarayı - Azərbaycan Respublikası Mərkəzi Bankı - "28 Mall" Ticarət mərkəzi; - "Olimpik Star" İdman və Əyləncə Mərkəzi - Səməd Vurğun küçəsi - Zabitlər parkı - Bakı Dövlət Sirki - Heydər Əliyev Sarayı - İmadəddin Nəsimi heykəli - Neftçilər prospekti; - Q.Musabəyov parkı - Əbdürrəhim Bəy Haqverdiyev küçəsi - Hüseyn Cavid prospekti - Hüseyn Cavid parkı - Parlament prospekti - Şəhidlər Xiyabanı. Qeyd edək ki, həmçinin yürüşlər Sumqayıt, Gəncə və Naxçıvan şəhərlərinin mərkəzi küçə və prospektlərində də təşkil olunur.