İmişlidə ağır avtoqəza baş verib: İki nəfər ölüb

Ezonn TV «Cebheinfo.az» mənbəsinə istinadən xəbər verir.
İmişli rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. "Report"un Muğan bürosunun məlumatına görə, "Kia" markalı minik avtomobili yük avtomobilinin qoşqusuna çırpılıb. Avtoqəza nəticəsində 2 nəfər ölüb, 1 nəfər xəsarət alıb. Hadisənin təfərrüatları dəqiqləşdirilir.