Vilayət Eyvazovun Gəncədə vətəndaş qəbulu və sıra baxışının tarixi dəyişib
Ezonn TV «APA» mənbəsinə istinadən xəbər verir.
Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov tərəfindən noyabrın 13-də Gəncə şəhərində keçirilməsi nəzərdə tutulan vətəndaş qəbulu və polis orqanları, o cümlədən daxili qoşunlarda xidmət etmək arzusunda olan gənclərin sıra baxışının tarixi noyabrın 12-ə dəyişdirilib. Məlumata görə, Gəncə Şəhər Baş Polis İdarəsinin inzibati binasında keçiriləcək qəbulda Gəncə, Naftalan, Samux, Göygöl, Goranboy, Daşkəsən, Kəlbəcər şəhər və rayonlarının sakinləri iştirak edə bilərlər. Vətəndaşlar nazirliyin səlahiyyətlərinə aid məsələlərlə bağlı noyabrın 11-dək yaşadıqları ərazinin polis orqanına, habelə nazirliyin "E-Polis" mobil tətbiqi, e-xidmet.mia.gov.az elektron xidmət portalı vasitəsilə və sosial şəbəkələrdəki səhifələrinə müraciət edə bilərlər. Polis orqanları və daxili qoşunlarda xidmət etmək arzusunda olan namizədlərin sıra baxışı noyabrın 12-də 08:00-da DİN Daxili Qoşunların Gəncə şəhərində yerləşən hərbi hissəsində keçiriləcək. Qeyd edək ki, qəbula və sıra baxışına gələnlərdən şəxsiyyət vəsiqəsi tələb olunur. Vilayət Eyvazovun Gəncədə vətəndaş qəbulu və sıra baxışının tarixi dəyişib Şoyqu: Kiyev uzunmüddətli sülh gətirəcək həll yollarını müzakirə etməyə hazır deyil Ramil Usubov MDB Təhlükəsizlik Şurası katiblərinin görüşündə iştirak edir Prezident İlham Əliyev Kamboca Kralını təbrik edib Gəncədə Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş təşkil olunub - FOTO Bakıda 9 Noyabr - Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş keçirilir - FOTO DYP avtomobillə səfərə çıxanlara xəbərdarlıq edib Polşada silahlı hücum təşkil edən şəxs xəstəxanada ölüb "Bitcoin"in qiyməti 74,2 min dollara kimi enib Yağıntılı hava davam edir, bəzi yerlərdə qar yağıb - FAKTİKİ HAVA Tehranda Azərbaycanın Zəfər Günü qeyd olunub - FOTO Türkiyə XİN Azərbaycanın Dövlət Bayrağı Günü ilə bağlı paylaşım edib