Azərbaycanda AĞIR QƏZA - Ölənlər var

Ezonn TV «Manset.az» mənbəsinə istinadən xəbər verir.
İmişli rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Manset.az Report-a istinadən xəbər verir ki, hadisə İmişli-Kürdəmir yolunun İmişli rayonundan keçən hissəsində baş verib. Belə ki, "Kia" markalı minik avtomobili yük avtomobilinin qoşqusuna çırpılıb. Avtoqəza nəticəsində 2 nəfər ölüb, 1 nəfər xəsarət alıb. Hadisənin təfərrüatları dəqiqləşdirilir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.