Niaqara şəlaləsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb

Ezonn TV «Cebheinfo.az» mənbəsinə istinadən xəbər verir.
Dünyaca məşhur Niaqara şəlaləsi Azərbaycanın dövlət bayrağının rəngləri ilə işıqlandırılıb. "Cebheinfo.az" bu barədə Azərbaycanın Kanadadakı səfirliyinin "X" sosial şəbəkəsindəki paylaşımına istinadən xəbər verir. Qeyd olunur ki, şəlalənin mavi-qırmızı-yaşıl tonlarda işıqlandırılması 8 Noyabr - Zəfər Günü və 9 noyabr - Dövlət Bayrağı Gününün qeyd edilməsinə həsr olunub.