Sabahın havası açıqlanıb

Ezonn TV «APA» mənbəsinə istinadən xəbər verir.
Noyabrın 10-da gözlənilən hava şəraiti açıqlanıb. Bu barədə APA -ya Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bakıda və Abşeron yarımadasında gözlənilən hava Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə yağış yağacağı gözlənilir. Mülayim şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 3-6° isti, gündüz 10-12° isti olacaq. Atmosfer təzyiqi 772 mm civə sütunu, nisbi rütubət isə 60-70 % təşkil edəcək. Sabah Azərbaycanın rayonlarında hava necə olacaq? Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi şərq rayonlarında arabir yağıntılı olacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 3-7° isti, gündüz 10-15° isti, dağlarda gecə 3-8° şaxta, yüksək dağlıq ərazilərdə 10-15° şaxta, gündüz 3° şaxtadan 2°-dək isti olacaq. Gecə və səhər bəzi dağlıq ərazilərdə yolların buz bağlama ehtimalı var. Niaqara şəlaləsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb - FOTO FSB: 7 əcnəbi milli təhlükəsizliyə təhdidə görə Rusiya vətəndaşlığından məhrum edilib Azərbaycanda əczaçılıq məhsullarının istehsalı 60%-dən çox artıb Vilayət Eyvazovun Gəncədə vətəndaş qəbulu və sıra baxışının tarixi dəyişib Şoyqu: Kiyev uzunmüddətli sülh gətirəcək həll yollarını müzakirə etməyə hazır deyil Ramil Usubov MDB Təhlükəsizlik Şurası katiblərinin görüşündə iştirak edir Prezident İlham Əliyev Kamboca Kralını təbrik edib Gəncədə Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş təşkil olunub - FOTO Bakıda 9 Noyabr - Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO