15 dərəcə şaxta olacaq, yollar buz bağlayacaq - Sabahın HAVASI
Ezonn TV «Lent.az» mənbəsinə istinadən xəbər verir.
Noyabrın 10-da gözlənilən hava şəraiti açıqlanıb. Bu barədə Lent.az -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə yağış yağacağı gözlənilir. Mülayim şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 3-6° isti, gündüz 10-12° isti olacaq. Atmosfer təzyiqi 772 mm civə sütunu, nisbi rütubət isə 60-70 % təşkil edəcək. Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi şərq rayonlarında arabir yağıntılı olacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 3-7° isti, gündüz 10-15° isti, dağlarda gecə 3-8° şaxta, yüksək dağlıq ərazilərdə 10-15° şaxta, gündüz 3° şaxtadan 2°-dək isti olacaq. Gecə və səhər bəzi dağlıq ərazilərdə yolların buz bağlama ehtimalı var. 11:58 15 dərəcə şaxt a olacaq, yollar buz bağlayacaq - Sabahın HAVASI 11:43 Hamilə qadın qəzada öldü, maşını yandırdılar 11:21 Kokoslu və kəsmikli içliklə şokoladlı piroq 11:16 Bu küçələrdə hərbi orkestrın yürüşü keçirilir - SİYAHI 10:54 Polşada küçədə qətliam törədən xəstəxanada öldü 10:45 Ağdaşda 17 yaşlı oğlan 36 yaşlı kişini bıçaqladı 10:30 Zaqatalaya 22 santimetr qar yağdı - FAKTİKİ HAVA 10:11 Mayami deyil: Lionel Messi Floridada necə yaşayır? 09:50 Azərbaycanlı biznesmenə hökm oxundu: 141 milyonluq mülkünə həbs qoyuldu 09:23 Yaşayış binasında yanğın zamanı 14 nəfər öldü - VİDEO 09:05 Mehriban Əliyevadan Bayraq Günü PAYLAŞIMI