Ezonn Xəbər

Bəqayi: TRIPP layihəsi regionun geosiyasi vəziyyətində dəyişikliklərə səbəb olmamalıdır

Bəqayi: TRIPP layihəsi regionun geosiyasi vəziyyətində dəyişikliklərə səbəb olmamalıdır
Ezonn TV «APA» mənbəsinə istinadən xəbər verir. © APA | İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi ABŞ-ın heç bir hərbi qüvvəsinin Ermənistanda yerləşdirilməyəcəyinə dair bizə təminat verilib. APA -nın Tehran bürosunun məlumatına görə, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi brifinqdə TRIPP layihəsi və Ermənistanda keçirilən üçtərəfli görüşlə bağlı sualı cavablandırarkən bildirib. O qeyd edib ki, İranın mövqeyi dəfələrlə bəyan edilib və ölkə kommunikasiya yollarının açılmasını alqışlayıb: “Biz vurğulamışıq ki, bu proses regionun geosiyasi vəziyyətində dəyişikliklərə səbəb olmamalıdır. Biz ABŞ qüvvələrinin bölgədə törədə biləcəyi təxribatlardan narahat olmalıyıq. Narahatlığımızı Ermənistan tərəfinə çox açıq şəkildə bildirmişik. Bizə təminat verilib ki, Ermənistanda ABŞ-ın heç bir hərbi qüvvəsi yerləşdirilməyəcək və layihəni Ermənistan şirkətləri həyata keçirəcək. Bununla belə, biz prosesi çox diqqətlə izləyirik və zəruri hesab etdiyimiz hər bir halda mövqeyimizi açıqlayacağıq”, – deyə Bəqayi bildirib. Bəqayi: TRIPP layihəsi regionun geosiyasi vəziyyətində dəyişikliklərə səbəb olmamalıdır Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş keçirilib - FOTO - YENİLƏNİB Niaqara şəlaləsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb - FOTO FSB: 7 əcnəbi milli təhlükəsizliyə təhdidə görə Rusiya vətəndaşlığından məhrum edilib Azərbaycanda əczaçılıq məhsullarının istehsalı 60%-dən çox artıb Vilayət Eyvazovun Gəncədə vətəndaş qəbulu və sıra baxışının tarixi dəyişib Şoyqu: Kiyev uzunmüddətli sülh gətirəcək həll yollarını müzakirə etməyə hazır deyil Ramil Usubov MDB Təhlükəsizlik Şurası katiblərinin görüşündə iştirak edir Prezident İlham Əliyev Kamboca Kralını təbrik edib Gəncədə Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş təşkil olunub - FOTO Bakıda 9 Noyabr - Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO DYP avtomobillə səfərə çıxanlara xəbərdarlıq edib Polşada silahlı hücum təşkil edən şəxs xəstəxanada ölüb