Niaqara şəlaləsi bayrağımızın rəngləri ilə işıqlandırıldı - Video

Ezonn TV «Axar.az» mənbəsinə istinadən xəbər verir.
Dünyaca məşhur Niaqara şəlaləsi Azərbaycanın dövlət bayrağının rəngləri ilə işıqlandırılıb. Axar.az xəbər verir ki, bu barədə Azərbaycanın Kanadadakı səfirliyinin X hesabında paylaşım edilib. Qeyd olunub ki, şəlalənin mavi-qırmızı-yaşıl tonlarda işıqlandırılması 8 Noyabr - Zəfər Günü və 9 noyabr - Dövlət Bayrağı Gününün qeyd edilməsinə həsr olunub.