Antalyada COP31 başlayıb

Ezonn TV «Yeniçağ» mənbəsinə istinadən xəbər verir.
Bu gün Antalya şəhərində Türkiyənin ilk dəfə ev sahibliyi etdiyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) başlayıb. Bu barədə Yenicag.Az Türkiyə mətbuatına istinadən məlumat verir. COP31-in Türkiyə şəhər iqtisadiyyatına dolayı yolla 2 milyard dollar, multiplikator effekti ilə isə 5 milyard dollara yaxın əlavə dəyər verəcəyi gözlənilir. Zirvə toplantısından yaşayış yerlərindən tutmuş, nəqliyyata qədər bir çox sektorun faydalanacağı bildirilir. Təxminən 1.1 milyon kvadratmetrlik ərazidə keçiriləcək tədbirdə iqlim böhranı, təmiz enerji, sıfır tullantı və davamlı inkişaf mövzuları müzakirə olunacaq. 196 ölkənin və Avropa İttifaqının iştirakı ilə keçiriləcək 12 günlük sammitdə 102 ölkədən liderlərin və 300-dən çox nazirin iştirakı nəzərdə tutulur. 11-12 noyabr tarixlərində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə Liderlər Zirvəsi baş tutacaq. Məlumat üçün bildirək ki, Azərbaycan COP31-də geniş nümayəndə heyəti ilə təmsil olunur, COP “Mavi Zona”da Azərbaycan pavilyonu qurulub. Ən son xəbərləri bizim Facebook səhifəmizdə izləyin @yenicagmedia “Yeni Çağ” Media Qrupu Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərlər də oxuculara çatdırır, müxtəlif sahələrdən bəhs edən müsahibələr, təhlillər, reportajlar, müəllif yazıları işıqlandırılır. AZ1138, Şərifzadə küç., 168A, 2-ci bina, 2-ci mərtəbə, m.1 Bütün hüquqları qorunur. Yeni Çağ Media Group - © 2007-2026