Ezonn Xəbər

Niaqara şəlaləsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı

Niaqara şəlaləsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı
Ezonn TV «Sfera.az» mənbəsinə istinadən xəbər verir. Dünyaca məşhur Niaqara şəlaləsi Azərbaycanın dövlət bayrağının rəngləri ilə işıqlandırılıb . Bu barədə Sfera.az Azərbaycanın Kanadadakı səfirliyinin "X" sosial şəbəkəsindəki paylaşımına istinadən xəbər verir. Qeyd olunur ki, şəlalənin mavi-qırmızı-yaşıl tonlarda işıqlandırılması 8 Noyabr - Zəfər Günü və 9 noyabr - Dövlət Bayrağı Gününün qeyd edilməsinə həsr olunub.