İran XİN 14 vətəndaşının Azərbaycanda "arzuolunmaz şəxs" elan edilməsi ilə bağlı məlumata münasibət bildirib
Ezonn TV «APA» mənbəsinə istinadən xəbər verir.
İran Xarici İşlər Nazirliyi (XİN) 14 İran vətəndaşının Azərbaycanda “arzuolunmaz şəxs” elan edilməsi ilə bağlı məlumata münasibət bildirib. APA xəbər verir ki, İran XİN-in sözçüsü İsmayıl Bəqayi bu barədə keçirdiyi mətbuat konfransında danışıb. O, Azərbaycanın bu qərarını "dostcasına addım hesab etmədiklərini" bildirib. “Ümumiyyətlə, 14 İran vətəndaşının ‘arzuolunmaz şəxs’ elan edilməsi məna kəsb etmir. Çünki bu şəxslərin heç biri diplomat deyil və Azərbaycan Respublikasının ərazisində də olmayıblar. Lakin bu addım dostcasına hərəkət deyil”, – deyə Bəqayi vurğulayıb. İran XİN sözçüsü bununla bağlı Azərbaycan tərəfinə rəsmi etiraz bildirildiyini açıqlayıb. “Biz etirazımızı açıq şəkildə bildirmişik. Azərbaycanın Tehrandakı səfiri Xarici İşlər Nazirliyinə dəvət olunub, etirazımız ona çatdırılıb. Bundan sonra da zəruri hesab etdiyimiz addımları atacağıq və bu barədə məlumat verəcəyik”, – deyə o əlavə edib. Xatırladaq ki, APA noyabrın 3-də 14 İran vətəndaşının Azərbaycanda "arzuolunmaz şəxs" elan edilməsi barədə məlumat yayıb. İran XİN 14 vətəndaşının Azərbaycanda "arzuolunmaz şəxs" elan edilməsi ilə bağlı məlumata münasibət bildirib Bakıda 9 Noyabr - Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilib - FOTO - VİDEO - YENİLƏNİB Aİ səfiri Azərbaycanı Dövlət Bayrağı Günü münasibətilə təbrik edib İran XİN sözçüsü: Bizim planımız Hörmüz boğazında təhlükəsizliyin bərpasına zəmin yaradacaq İmişlidə yol qəzasında 2 nəfər ölüb - YENİLƏNİB Bəqayi: TRIPP layihəsi regionun geosiyasi vəziyyətində dəyişikliklərə səbəb olmamalıdır Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş keçirilib - FOTO - YENİLƏNİB Niaqara şəlaləsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb - FOTO FSB: 7 əcnəbi milli təhlükəsizliyə təhdidə görə Rusiya vətəndaşlığından məhrum edilib Azərbaycanda əczaçılıq məhsullarının istehsalı 60%-dən çox artıb Vilayət Eyvazovun Gəncədə vətəndaş qəbulu və sıra baxışının tarixi dəyişib