Ezonn Xəbər

İmişlidə yol qəzasında 2 nəfər ölüb - YENİLƏNİB-1

İmişlidə yol qəzasında 2 nəfər ölüb - YENİLƏNİB-1
Ezonn TV «APA» mənbəsinə istinadən xəbər verir. İmişli rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbilə xəsarət alan 1 nəfər şəxs (kişi) bu gün saat 11:40 radələrində İmişli Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub. TƏBİB-dən APA -nın sorğusuna cavab olaraq bildirilib ki, ona bədənin müxtəlif nahiyələrinin əzilməsi diaqnozu təyin olunub və zəruri tibbi yardım göstərilib. Qeyd olunub ki, vəziyyəti qənaətbəxş qiymətləndirilən 1981-ci il təvəllüdlü pasiyentin müalicəsi hazırda Təcili yardım şöbəsində davam etdirilir. Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə İmişli-Kürdəmir avtomobil yolunun İmişli rayonu, Ağaməmmədli kəndi ərazisindən keçən hissəsində yol-nəqliyyat qəzasının baş verməsi və vətəndaşların avtomobildə sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub. APA xəbər verir ki, bu barədə FHN Mətbuat xidməti məlumat yayıb. Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin İmişli Rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri cəlb edilib. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən, “DAF” markalı yük və “KİA” markalı minik avtomobilinin iştirakı ilə yol-nəqliyyat qəzasının baş verdiyi və vətəndaşların avtomobildə sıxılı vəziyyətdə qaldığ müəyyən olunub. Yanğınsöndürən-xilasedicilər tərəfindən qəza nəticəsində vəfat edən sürücünün (kişi cinsli) və sərnişinin (qadın cinsli) meyiti “KİA” markalı minik avtomobilindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır. İmişli rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. APA -nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Ağsu-Kürdəmir-Bəhrəmtəpə avtomobil yolunun İmişli rayonunun Əlyetməzli kəndi ərazisindən keçən hissəsində baş verib. Minik avtomobilinin yük avtomobili ilə toqquşması nəticəsində 2 nəfər ölüb. İmişlidə yol qəzasında 2 nəfər ölüb - YENİLƏNİB-1 İran XİN 14 vətəndaşının Azərbaycanda "arzuolunmaz şəxs" elan edilməsi ilə bağlı məlumata münasibət bildirib Bakıda 9 Noyabr - Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilib - FOTO - VİDEO - YENİLƏNİB Aİ səfiri Azərbaycanı Dövlət Bayrağı Günü münasibətilə təbrik edib İran XİN sözçüsü: Bizim planımız Hörmüz boğazında təhlükəsizliyin bərpasına zəmin yaradacaq Bəqayi: TRIPP layihəsi regionun geosiyasi vəziyyətində dəyişikliklərə səbəb olmamalıdır Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş keçirilib - FOTO - YENİLƏNİB