TRIPP layihəsi regionda hansı dəyişikliklərə yol aça bilər?

Ezonn TV «Cebheinfo.az» mənbəsinə istinadən xəbər verir.
“TRIPP layihəsinin həyata keçirilməsi Azərbaycanın regionla nəqliyyat əlaqələrini genişləndirməyə imkan verəcək və Ermənistanla münasibətlərin inkişafı üçün yeni imkanlar yarada bilər”. “Cebheinfo.az” -ın məlumatına görə, bunu İkinci Dünya Erməni Sammitində çıxışı zamanı ABŞ-nin Ermənistandakı müvəqqəti işlər vəkili Devid Allen deyib. Amerikalı diplomatın sözlərinə görə, layihə yalnız dəmir yolu əlaqəsini deyil, həm də digər mümkün nəqliyyat istiqamətlərinin inkişafını nəzərdə tutur. “Bu, Azərbaycanın daha geniş regionla əlaqələrinin qurulması prosesinin bir hissəsidir. Ümid edirəm ki, bu proses çərçivəsində biz həmçinin, Ermənistanla Azərbaycan arasında münasibətlərin inkişafını da görəcəyik. Məncə, burada qeyri-hökumət təşkilatları böyük rol oynaya bilər” , - deyə Allen bildirib. O, iki tərəfin vətəndaş cəmiyyəti nümayəndələrini və ictimai fəalları birləşdirən “Sülh körpüsü” təşkilatının iştirakını xatırladıb. Diplomatın fikrincə, bu kimi təşəbbüslər Ermənistan və Azərbaycan cəmiyyətləri arasında təmasların inkişafına töhfə verə bilər. “Beləliklə, TRIPP yalnız regional qarşılıqlı əlaqəni gücləndirməyə yönəlmiş nəqliyyat layihəsi kimi deyil, həm də Ermənistanla Azərbaycan arasında əməkdaşlıq və dialoqun genişləndirilməsi imkanı kimi qiymətləndirilir” , - deyə müvəqqəti işlər vəlkili qeyd edib.