Ezonn Xəbər

Ərdoğan: Türkiyə ilə Azərbaycan arasında ayrılıq yaratmağa çalışanlar əbəs cəhdlə məşğuldurlar

Ərdoğan: Türkiyə ilə Azərbaycan arasında ayrılıq yaratmağa çalışanlar əbəs cəhdlə məşğuldurlar
Ezonn TV «Report» mənbəsinə istinadən xəbər verir. Türkiyə ilə Azərbaycan arasında ayrılıq yaratmağa çalışanlar əbəs cəhdlə məşğuldurlar.\"Report\"un məlumatına görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycandan qayıdarəkən jurnalistlərə açıqlamasında deyib.Türkiyə Prezidenti qeyd edib ki, bu birliyin bəzi dairələri narahat etdiyi məlumdur.\"Türkiyə, Azərbaycan və digər türk dövlətlərinin birlikdə hərəkət etdikdə hansı addımları ata bildiyini görmək üçün tarixə nəzər salmaq kifayətdir. Biz fərqli dövlətlərik. Eyni zamanda fərqli institusional strukturlara malikik. Bununla belə, qardaşlıq telləri ilə bir-birimizə sıx bağlıyıq. Bu bağ bizi ayaqda saxlayan, güclü edən ən mühüm amildir. Qardaşlığımız ortaq tariximizin, ortaq mədəniyyətimizin və gələcək nəsillərə miras qoyacağımız böyük irsin ən möhkəm təminatlarından biridir\".