Ezonn Xəbər

"Türkiyə-Azərbaycan qardaşlığına heç kim kölgə sala bilməz"

"Türkiyə-Azərbaycan qardaşlığına heç kim kölgə sala bilməz"
Ezonn TV «Pravda.az» mənbəsinə istinadən xəbər verir. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycandan qayıdarkən təyyarədə jurnalistlərin suallarını cavablandırıb. Ərdoğan Türkiyə və Azərbaycanın bir-birinə qırılmaz tellərlə bağlı olduğunu bildirib. O, fitnə ocaqlarına baxmayaraq, iki ölkənin əməkdaşlığının bir çox sahədə meqa layihələrlə daha da möhkəmləndirildiyini qeyd edib. “Qardaşlığımıza heç kim kölgə sala bilməz”, – Türkiyə Prezidenti vurğulayıb. Ərdoğan, həmçinin iki ölkə arasına məsafə qoymağa çalışanların xalqların bir-birinə olan sevgisini, tarixi bağlarını və sarsılmaz iradəsini nəzərə almadıqlarını bildirib. Materiallardan istifadə zamanı istinad mütləqdir.