Türkiyə ilə Azərbaycan arasında nifaq salmağa çalışanlar...

Ezonn TV «Axar.az» mənbəsinə istinadən xəbər verir.
Qarabağdakı anma tədbirində, münasibətlərini hər zaman vurğuladığımız “bir millət, iki dövlət” prinsipi əsasında quran iki güclü dövlət arasında həmrəylik nümayiş olundu. Qardaşım İlham Əliyevi səmimiyyətlə qucaqladım və bir-birimizlə söhbətləşdik. Axar.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan səfərindən qayıdarkən təyyarədə jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, Türkiyə ilə Azərbaycan arasında nifaq salmağa çalışanlar əbəs yerə cəhd edirlər: “Türkiyə və Azərbaycan arasında tam bir həmrəylik, ortaq taley və qardaşlıq bağı mövcuddur”.