Ezonn Xəbər

Naxçıvanda zəncirvari qəza baş verib, xəsarət alan var

Naxçıvanda zəncirvari qəza baş verib, xəsarət alan var
Ezonn TV «Naxçıvan Xəbərləri» mənbəsinə istinadən xəbər verir. Naxçıvan şəhərinin Əziz Əliyev küçəsində yol-nəqliyyat hadisəsi baş verib. "NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, h adisə zamanı “Mercedes”, “Nissan” və “Lifan” markalı avtomobillər toqquşub. Zəncirvari qəza nəticəsində 1998-ci il təvəllüdlü Məmmədov Razim Cavad oğlu xəsarət alıb. Yaralı Naxçıvan Muxtar Respublika Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə yerləşdirilib. Hadisə yerinə polis əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.