Ezonn Xəbər

Qarlı hava qəzaya səbəb oldu: Avtomobil yarğana düşdü

Qarlı hava qəzaya səbəb oldu: Avtomobil yarğana düşdü
Ezonn TV «Cebheinfo.az» mənbəsinə istinadən xəbər verir. Ölkə ərazisində ötən gündən davam edən qarlı və yağışlı hava şəraiti fəsadsız ötüşməyib. Oxu.az xəbər verir ki, Qubada yağan qar nəticəsində yollar buz bağlayıb, nəqliyyat vasitələrinin hərəkətində çətinlik yaranıb. Bu gün günorta saatlarında Quba-Qəçrəş yolunda "Niva" markalı avtomobilin sürücüsü idarəetməni itirib. Nəticədə avtomobil yolun kənarındakı yarğana doğru sürüşüb və ön tərəfi yarğana düşüb.