Mingəçevirdə Vətən müharibəsi iştirakçısı bıçaqlanıb

Ezonn TV «Yeniçağ» mənbəsinə istinadən xəbər verir.
Yenicag.az Qafqazinfo-ya istinadla xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb. 1999-cu il təvəllüdlü Elgün Rzayev bıçaq xəsarətləri ilə Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb. İlkin məlumata görə, hadisəni törətməkdə 1991-ci il təvəllüdlü Vüsal Kazımlı şübhəli bilinir. Onun Elgün Rzayevi mübahisə zamanı bıçaqladığı bildirilir. Qeyd edək ki, yaralanan Elgün Rzayev Vətən müharibəsinin iştirakçısıdır. Hadisə ilə bağlı DİN-dən bildirilib ki, gecə saat 02:00 radələrində Mingəçevir şəhəri ərazisində bıçaqlanma olub. 27 yaşlı Elgün Rzayev kəsilmiş deşilmiş xəsarətlərlə xəstəxanaya müraciət edib. Əməli törədən şəxsin saxlanılması istiqamətində polis tərəfindən tədbirlər həyata keçirilir. Ən son xəbərləri bizim Facebook səhifəmizdə izləyin @yenicagmedia “Yeni Çağ” Media Qrupu Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərlər də oxuculara çatdırır, müxtəlif sahələrdən bəhs edən müsahibələr, təhlillər, reportajlar, müəllif yazıları işıqlandırılır. AZ1138, Şərifzadə küç., 168A, 2-ci bina, 2-ci mərtəbə, m.1 Bütün hüquqları qorunur. Yeni Çağ Media Group - © 2007-2026