Ezonn Xəbər

Vaşinqton-Tehran xəttində gərginlik artır: Rubio İrana meydan oxudu

Vaşinqton-Tehran xəttində gərginlik artır: Rubio İrana meydan oxudu
Ezonn TV «Publika.az» mənbəsinə istinadən xəbər verir. ABŞ dövlət katibi Marko Rubio İranın münaqişənin nizamlanması ilə bağlı danışıqlarda irəli sürdüyü tələbləri absurd adlandırıb. Vaşinqtonla Tehran arasında aparılan dialoq hələlik nəticə vermir. Publika.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb. “İranın tələbləri sadəcə qəbuledilməz deyil. Bəzi hallarda onlar həddindən artıq, absurd və tamamilə qeyri-realdır”, – deyə ABŞ dövlət katibi bildirib. O, İranla münasibətlərdə yaxın zamanda diplomatik irəliləyiş əldə olunmasını istisna edib. Bir sıra ölkələr nizamlanmanın müxtəlif yollarına üstünlük verərək Tehranla əlaqələri davam etdirir. Bununla belə, agentliyin qeyd etdiyi kimi, ABŞ prezidenti Donald Tramp münaqişənin diplomatik yolla həllinə ümid edir. Rubio razılığa gəlməyin çətin olduğunu etiraf edib. Əsas maneə münaqişənin dayandırılması şərtləri ilə bağlı fikir ayrılıqlarıdır. Tərəflər Hörmüz boğazında gəmiçiliyin bərpası məsələsində də mübahisə edirlər. Tehran ABŞ-ın dəniz blokadasının və iqtisadi məhdudiyyətlərin aradan qaldırılmasını tələb edir. Vaşinqton isə İranın nüvə proqramı ilə bağlı güzəştlərə getməsini istəyir. Şavkat Mirziyoyev: "Xalqlarımızı birləşdirən əsas dəyər mədəniyyətdir" Tramp bu ölkələrdən ödəniş tələb etdi - Müharibənin bütün xərclərini onlar ödəməlidir Tramp Putin və Si Cinpinlə görüşəcək - İran müharibəsi və nüvə məsələsi müzakirə olunacaq Hamısını bir saatda məhv edə bilərik - Tramp İrandakı 38 körpünün hədəfdə olduğunu açıqladı Tramp elan etdi: ABŞ İranda “Dəmir qapı” qrupunu işə saldı Nə dərəcədə güclü zərbə endirəcəyimi təsəvvür belə edə bilməzsiniz - Trampdan İrana xəbərdarlıq Ağ Evin aparat rəhbərinin müavini istefa verdi Türkiyənin Muğla əyalətinin Marmaris rayonunda dünən yerli vaxtla saat 20:00-da başlamış meşə yanğınının əhatə dairəsi genişlənib, Prezident Rəcəb Tayyib Ərdoğan əraziyə gedib. Publika.az “Haber Global”a istinadən xəbər verir ki, ölkə lideri helikopterlə yanğın bölgəsinə baxış keçirib. "Yalnız Ukrayna öz gələcəyi ilə bağlı qərar vermək hüququna malikdir" Publika.az xəbər verir ki, bunu Almaniya kansleri Olaf Şolts "Twitter" mikrobloqunda yazıb. O, Kiyevin arxasınca razılaşmalara qarşı çıxış edib: "Ukrayna - və yalnız Ukrayna - onlara nəyin uyğun olduğuna qərar verir. Ukraynasız Ukrayna haqqında heç nə yoxdur! Biz danışıqlardan uzağıq, çünki Putin "diktə edilmiş sülh"ə inanır. Bizim kursumuzda qalmağımız daha vacibdir".