Şahbuzda qarlı havanın fəsadları: İdarəetməni itirən sürücü qəza törətdi - VİDEO

Ezonn TV «Cebheinfo.az» mənbəsinə istinadən xəbər verir.
Şahbuz rayonunda yol-nəqliyyat hadisəsi baş verib. Oxu.Az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə görüntülər yayılıb. Hadisə Batabat ərazisinə gedən yolda qeydə alınıb. Hərəkətdə olan minik avtomobili idarəetmənin itirilməsi nəticəsində yoldan çıxıb. Hadisədə xəsarət alanların olub-olmaması barədə məlumat yoxdur. Polis əməkdaşlarının köməyi ilə avtomobil yol kənarından çıxarılıb.