Ezonn Xəbər

Ankara-Bakı birliyinə qarşı plan quranlara Ərdoğandan SƏRT MESAJ

Ankara-Bakı birliyinə qarşı plan quranlara Ərdoğandan SƏRT MESAJ
Ezonn TV «Publika.az» mənbəsinə istinadən xəbər verir. Türkiyə ilə Azərbaycan arasında ayrılıq salmaq cəhdləri nəticəsiz qalacaq. Publika.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycandan qayıdarkən təyyarədə jurnalistlərə açıqlamasında deyib. O, Türkiyə və Azərbaycan arasında qardaşlıq münasibətlərinin sarsılmazlığı və türk dövlətlərinin birgə fəaliyyətinin əhəmiyyətini vurğulayıb: "Aramızda məsafə yaratmağa çalışanlar xalqlarımızın bir-birinə bəslədiyi dərin sevgini, tarixi bağlarımızı və sarsılmaz iradəmizi nəzərə almırlar. Türkiyə və Azərbaycan bölgəmizdə sülh, sabitlik və rifah naminə çiyin-çiyinə irəliləməyə davam edəcəklər. Bütün dünyada Türkün səsini ucaldacaq, birgə rifah içində bir gələcək quracağıq. Türkiyə, Azərbaycan və digər türk dövlətlərinin birgə hərəkət etdikləri zaman nələr bacardıqlarını anlamaq üçün tarixə baxmaq yetərlidir. Biz müxtəlif dövlətlərik. Eyni zamanda, fərqli institusional quruluşlara sahibik. Lakin qardaşlıq bağları ilə bir-birimizə möhkəm şəkildə bağlıyıq. Bu bağlılıq bizi ayaqda saxlayan, gücləndirən ən əsas amildir. Qardaşlığımız ortaq keçmişimizin, ortaq mədəni irsimizin və gələcək nəsillərə ötürəcəyimiz böyük mirasın ən etibarlı zəmanətlərindən biridir". Şavkat Mirziyoyev: "Xalqlarımızı birləşdirən əsas dəyər mədəniyyətdir" Vaşinqton-Tehran xəttində gərginlik artır: Rubio İrana meydan oxudu KTMT ilə bağlı İrəvandan yeni mesaj: Parlamentdə hansı qərar verilib? Kütləvi dron hücumu Rusiyanı silkələdi: Moskva və Krım təhlükədə Görünməmiş kiberhücum dalğası: Milyonlarla məlumat təhlükə altında İranı yeni təhlükə gözləyir? - Trampdan mühüm mesaj Türkiyənin Muğla əyalətinin Marmaris rayonunda dünən yerli vaxtla saat 20:00-da başlamış meşə yanğınının əhatə dairəsi genişlənib, Prezident Rəcəb Tayyib Ərdoğan əraziyə gedib. Publika.az “Haber Global”a istinadən xəbər verir ki, ölkə lideri helikopterlə yanğın bölgəsinə baxış keçirib. "Yalnız Ukrayna öz gələcəyi ilə bağlı qərar vermək hüququna malikdir" Publika.az xəbər verir ki, bunu Almaniya kansleri Olaf Şolts "Twitter" mikrobloqunda yazıb. O, Kiyevin arxasınca razılaşmalara qarşı çıxış edib: "Ukrayna - və yalnız Ukrayna - onlara nəyin uyğun olduğuna qərar verir. Ukraynasız Ukrayna haqqında heç nə yoxdur! Biz danışıqlardan uzağıq, çünki Putin "diktə edilmiş sülh"ə inanır. Bizim kursumuzda qalmağımız daha vacibdir". O, həmçinin vurğulayıb ki, Aİ, NATO və G7 qarşıdan gələn sammitlərdə dünya demokratik dövlətlərinin Putin imperializminə qarşı mübarizədə bir yerdə olduğunu nümayiş etdirməlidir. Xatırladaq ki, Şolz daha əvvəl demişdi ki , Rusiya Federasiyasına qarşı sanksiyalar Ukrayna ilə “ədalətli razılaşma” əldə olunana qədər davam edəcək.