Ezonn Xəbər

Paşinyan bu tarixdə Türkiyəyə gedəcək

Paşinyan bu tarixdə Türkiyəyə gedəcək
Ezonn TV «Cebheinfo.az» mənbəsinə istinadən xəbər verir. Ermənistanın Baş naziri Nikol Paşinyan BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının 31-ci Tərəflər Konfransında (COP31) iştirak etmək üçün noyabrın 11-də Türkiyənin Antalya şəhərinə səfər edəcək. “Cebheinfo.az” -ın məlumatına görə, bu barədə Ermənistan Baş nazirinin mətbuat katibi Melaniya Harutyunyan açıqlama verib. Paşinyan 11-12 noyabr tarixlərində bir gün əvvəl başlayan genişmiqyaslı konfrans çərçivəsində keçiriləcək dövlət və hökumət başçılarının zirvə toplantısında iştirak edəcək. Qeyd edək ki, Ermənistan Baş naziri bu beynəlxalq tədbirə bu ilin sentyabr ayında Nyu-Yorkda BMT Baş Assambleyası çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən şəxsən dəvət edilib.