Avropalılar Rusiya-Ukrayna danışıqlarında iştirak edəcək?

Ezonn TV «Axar.az» mənbəsinə istinadən xəbər verir.
Avropalı nümayəndələr Əbu-Dabidə Rusiya-Ukrayna münaqişəsinin nizamlanması ilə bağlı keçiriləcək üçtərəfli danışıqlarda iştirak etməyəcəklər. Axar.az xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib. "Rusiya və Ukrayna ABŞ-ın vasitəçiliyi ilə görüşəcək", - o bildirib. Qeyd edək ki, “Politiko” nəşri Böyük Britaniya, Fransa və Almaniyanın milli təhlükəsizlik məsələləri üzrə müşavirlərinin Əbu-Dabidəki danışıqlar zamanı yaxınlıqda olacaqlarını bildirmişdi. Nəşr ölkələrin danışıqlarda gələcək iştirakının prosesin gedişatından asılı olaraq müəyyənləşdiriləcəyini də qeyd etmişdi.