Ezonn Xəbər

Şimali Kipr Türk Respublikası Azərbaycanı Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi - FOTO

Şimali Kipr Türk Respublikası Azərbaycanı Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi - FOTO
Ezonn TV «Cebheinfo.az» mənbəsinə istinadən xəbər verir. Şimali Kipr Türk Respublikası (ŞKTR) Azərbaycanı Dövlət Bayrağı Günü münasibətilə təbrik edib. "Cebheinfo.az" xəbər verir ki, bu barədə Şimali Kipr Türk Respublikasının Xarici İşlər Nazirliyi öz "X" hesabındakı paylaşımda bildirib. "Qardaş ölkə Azərbaycanın xalqını və dövlətini 9 Noyabr - Dövlət Bayrağı Günü münasibətilə təbrik edir, şanlı bayrağın Azərbaycan torpaqlarının hər guşəsində əbədi olaraq sərbəst dalğalanmasını arzulayırıq" , - deyə paylaşımda bildirilib.