Ezonn Xəbər

Bakıda zəncirvari qəza: Mərdəkan şosesində sıxlıq yarandı

Bakıda zəncirvari qəza: Mərdəkan şosesində sıxlıq yarandı
Ezonn TV «Cebheinfo.az» mənbəsinə istinadən xəbər verir. Bakıda bir neçə avtomobilin toqquşması nəticəsində zəncirvari yol-nəqliyyat hadisəsi baş verib. Hadisə Ziya Bünyadov prospektində qeydə alınıb. Qəza zamanı yük maşını ilə iki minik avtomobili toqquşub. Hadisə ilə bağlı Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən Oxu.Az -a verilən məlumatda bildirilib ki, sözügedən ərazidə sıxlıq yaranıb: "Paytaxtın Xəzər rayonu, Mərdəkan şosesində baş verən hadisə səbəbindən mərkəz istiqamətində nəqliyyatın hərəkətində sıxlıq müşahidə edilir. Hazırda polis sıxlığın aradan qaldırılması istiqamətində zəruri tədbirlər görür".