Rusiya Odessanı vurdu: ölənlər var

Ezonn TV «Axar.az» mənbəsinə istinadən xəbər verir.
Rusiyanın Odessaya hücumunda 3 nəfər ölüb, 1 isə nəfər xəsarət alıb. Axar.az xəbər verir ki, bu barədə Odessa Şəhər Hərbi Administrasiyasının rəhbəri Sergey Lısak məlumat verib. Onun sözlərinə görə, yaralının vəziyyəti ağırdır: “Rusiya qüvvələri Odessada mülki infrastruktura zərbə endirib və nəticədə dağıntılar baş verib”. Hədəfə alınan logistik anbarın istifadədə olmadığı qeyd olunub.