Ezonn Xəbər

Naxçıvanda ağır qəza - Xəsarət alan var

Naxçıvanda ağır qəza - Xəsarət alan var
Ezonn TV «Manset.az» mənbəsinə istinadən xəbər verir. Naxçıvan şəhərində üç avtomobilin iştirakı ilə zəncirvari yol-nəqliyyat hadisəsi baş verib. Manset.az Milli.az-a istinadən xəbər verir ki, hadisə şəhərin Əziz Əliyev küçəsində qeydə alınıb. Qəza zamanı "Mercedes", "Nissan" və "Lifan" markalı avtomobillər toqquşub. Nəticədə 1998-ci il təvəllüdlü Məmmədov Razim Cavad oğlu xəsarət alıb. Yaralı Naxçıvan Muxtar Respublika Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə yerləşdirilib. Hadisə yerinə polis əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.