Ezonn Xəbər

Rusiya Odessaya hücum edib: 3 nəfər ölüb

Rusiya Odessaya hücum edib: 3 nəfər ölüb
Ezonn TV «Cebheinfo.az» mənbəsinə istinadən xəbər verir. Rusiyanın Odessaya hücumunda üç nəfər ölüb, bir nəfər xəsarət alıb. "Cebheinfo.az" xəbər verir ki, bu barədə Odessa Şəhər Hərbi Administrasiyasının rəhbəri Sergey Lısak məlumat verib. Onun sözlərinə görə, yaralının vəziyyəti ağırdır. Lısak bildirib ki, Rusiya qüvvələri Odessada mülki infrastruktura zərbə endirib və nəticədə dağıntılar baş verib. Hədəfə alınan logistik anbarın istifadədə olmadığı qeyd olunub.