Ezonn Xəbər

Sümüklərin sızıldayan mövsümü: “Payız xəstəliyi” başladı – Kimlər risk altındadır?

Sümüklərin sızıldayan mövsümü: “Payız xəstəliyi” başladı – Kimlər risk altındadır?
Ezonn TV «Bizim.Media» mənbəsinə istinadən xəbər verir. Payız öz gəlişi ilə təkcə gözəl, qızılı mənzərə, romantik atmosfer, narın poetik yağış gətirmir. Payız, şair demiş “sümüklərin sızıldayan mövsümüdür”… Elə ki payız gəldi, bədənin oynaqları üsyana qalxır. Çox insan konpleks müalicəylə, bəziləri isə kollagenlə oynaqlarının əvvəlki oynaqlığını bərpa edəcəklərini düşünür. Amma həkimlər bildirirlər ki, reklamların iddia etdiyi kimi bərpa edə bilməz; oynaq xəstəliklərinin həm qarşısının alınmasında, həm də müalicəsində fiziki aktivlik ən vacib amil olaraq qalır. Kollagen orqanizmə daxil olduqda, birbaşa oynaqlara gedib onları bərpa etmir. Həzm sistemində o, daha sadə birləşmələrə – dipeptidlərə, tripeptidlərə və sərbəst amin turşularına parçalanır. Orqanizm daha sonra bu komponentlərdən ehtiyac duyduqca yeni zülallar sintez edir. Nəticədə, ilkin kollagenin 1%-dən az hissəsi oynaqlara çatır. Revmatoloq Olesya Detoçenko artrozla artriti necə fərqləndirməli, payızda ağrılar niyə şiddətlənə bilər və hansı müalicə üsullarına diqqət yetirməyə dəyər – bu suallara aydınlıq gətirir. \"Atmosfer təzyiqinin aşağı düşməsi oynaq kapsulunda – hansı ki, ağrıya qarşı həssasdır – genişlənmə hissi yarada bilər. Temperaturun enməsi qan damarlarının daralmasına və qan dövranının pozulmasına səbəb olur. Soyuq havada əzələlər gərginləşməyə meylli olur, bu da hərəkət məhdudiyyətinə (sərtliyə) gətirib çıxarır\". Həmçinin hesab edilir ki, yüksək rütubət orqanizmdə iltihabi prosesləri bir qədər gücləndirə bilər. Özünü pis hiss etməyin digər bir səbəbi isə soyuq aylarda fiziki aktivliyin azalmasıdır. \"Orqanizmimiz hərəkət üçün nəzərdə tutulub; insan daha az gəzməyə başlayan kimi hərəkət məhdudiyyəti artır\