Ezonn Xəbər

Pezeşkian: Biz dialoq və danışıqlar tərəfdarıyıq

Pezeşkian: Biz dialoq və danışıqlar tərəfdarıyıq
Ezonn TV «APA» mənbəsinə istinadən xəbər verir. APA -nın Tehran bürosunun məlumatına görə, bunu İran Prezidenti Məsud Pezeşkian İran Süd Sənayesi müəssisəsinin yaradılmasının ildönümü münasibətilə keçirilən mərasimdə çıxışı zamanı İranı vurmaq planlarından danışarkən bildirib. O deyib ki, İranın Ali Rəhbəri “nə müharibə, nə sülh” vəziyyətinə son qoyulmasını tapşırıb: “Biz ləyaqətlə dialoq apara və məsələni ləyaqətlə həll edə bilərik. Biz dialoq və danışıqlar tərəfdarıyıq. Məntiq tələb edir ki, əgər öz haqqımızı danışıqlar yolu ilə əldə edə biliriksə, özümüzü müharibəyə cəlb etməyək. Lakin güc və zorakılıq qarşısında da təslim olmayacağıq”. Pezeşkian əlavə edib ki, BMT Baş Assambleyasındakı çıxışında da İranın ədalətə, bərabər və bərabərhüquqlu şəraitə əsaslanan dialoqun tərəfdarı olduğunu, öz hüquqlarını tələb etdiyini, lakin güc qarşısında təslim olmayacağını vurğulayıb. İran Prezidenti benzin, elektrik enerjisi və qaz da daxil olmaqla enerji istehlakının idarə olunmasının və qənaətin vacibliyini də qeyd edib. O bildirib ki, istehlakın düzgün idarə olunması ilə istehsalın dayanmasına imkan verilməməlidir. Pezeşkian ölkənin imkan və potensialından istifadə etməklə çətinliklərin aradan qaldırılması və davamlı tərəqqinin təmin olunması üçün şərait yaradılmasının vacibliyini vurğulayıb. Pezeşkian: Biz dialoq və danışıqlar tərəfdarıyıq Lavrov: Əbu-Dabi danışıqlarının əsas mövzusu regionun təhlükəsizliyi olacaq İzmirdə fabrikdə partlayış olub, ölənlər və yaralananlar var - VİDEO - YENİLƏNİB-1 Şoyqu: Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması öz nəticəsini verir SOCAR ilə “Sinopec Corp.” arasında memorandum imzalanıb Özgür Özəl Prezident İlham Əliyevə zəng edib, Zəfər Günü ilə bağlı təbrikini çatdırıb Mərdəkan yolunda qəza baş verib, sıxlıq yaranıb - FOTO Münhendə yaşayan Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd ediblər - FOTO Naxçıvanda 3 maşın toqquşub, xəsarət alan var - FOTO Güclü qar səbəbindən Xınalıq yolu müvəqqəti bağlanıb - FOTO Kreml Trampın münaqişədən sonrakı Ukrayna barədə açıqlamasına münasibət bildirib Ərdoğan: Türkiyə-Azərbaycan qardaşlığına heç kim kölgə sala bilməz