Tramp: “Öləndən sonra cənnətə gedəcəm”

Ezonn TV «Cebheinfo.az» mənbəsinə istinadən xəbər verir.
ABŞ Pprezidenti Donald Tramp ölümündən sonra cəhənnəmə yox, cənnətə getməyə ümid etdiyini bildirib. “Cebheinfo.az” xəbər verir ki, ABŞ lideri bu barədə "CBS News" telekanalına müsahibəsində danışıb. Telekanalın müxbiri ondan ölümündən sonra cənnətə getməyi gözləyib-gözləmədiyini soruşub: “Mən dindar insanam, ona görə də nəzəri olaraq cənnətə gedəcəyəm. Ümid edirəm ki, belə olacaq. Cəhənnəmə getmək istəmirəm”. Tramp əvvəllər ABŞ-nin Ukraynadakı münaqişəyə son qoymaq səylərinin onun cənnətə düşmək şansını artıracağını gözlədiyini bildirmişdi.