“Oskar” mükafatçısı evində ölü tapıldı

Ezonn TV «Bizim.Media» mənbəsinə istinadən xəbər verir.
“Oskar\" mükafatlı \"Fantastik qadın\" (A Fantastic Woman) filminin rejissoru Sebastian Lelio 52 yaşında gözlənilmədən vəfat edib. Bizim.Media xarici mətbuata istinadən bildirir ki, çilili rejissor Santyaqodakı evində ölü tapılıb; bu kədərli xəbəri onun həyat yoldaşı, aktrisa Amaliya Kassai açıqlayıb. Kino dünyasında bir çox uğurlu işləri ilə tanınan rejissorun vəfatı onun pərəstişkarlarını dərin kədərə qərq edib. Sebastian Lelio karyerası ərzində bir çox filmə rejissorluq edib. Ən çox \"Fantastik qadın\" filmi ilə tanınırdı. Bu film 2018-ci ildə \"Ən yaxşı xarici dildə film\" kateqoriyasında \"Oskar\" mükafatını qazanmışdı. Bizim.Media