Bəqayinin TRIPP-lə bağlı yeni açıqlaması nəyə hesablanıb?

Ezonn TV «Cebheinfo.az» mənbəsinə istinadən xəbər verir.
“İrəvan Tehrana TRIPP-nin tətbiqinin sərhədlərdə və ya regionun geosiyasi mənzərəsində dəyişikliklərə səbəb olmayacağına, tikinti işlərinin Ermənistan şirkətləri tərəfindən aparılacağına və Amerika hərbi qulluqçularının ərazidə yerləşdirilməyəcəyinə zəmanət verib”. “Cebheinfo.az” -ın məlumatına görə, İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmail Bəqayi keçirdiyi mətbuat konfransında belə deyib. Bəqayi qeyd edib ki, İran tərəfi layihənin ABŞ-nin iştirakı ilə həyata keçirilməsinin mümkün nəticələri ilə bağlı narahatlıqlarını dərhal Ermənistana bildirib. O, Tehranın nəqliyyat kommunikasiyalarının açılmasını dəstəklədiyini vurğulayıb. Lakin İran bu cür layihələrin beynəlxalq səviyyədə tanınmış sərhədlərdə və regionun geosiyasi mənzərəsində dəyişikliklərə səbəb olmamasında israr edir. O qeyd edib ki, İran hadisələrin inkişafını diqqətlə izləyir. Çünki ABŞ-nin regional işlərə müdaxiləsi və iştirakı həmişə qeyri-sabitlik və təhlükəsizliyə təhdidlərlə müşayiət olunur. Eyni zamanda, o, Tehranın İrəvanla yaxşı münasibətlər saxladığını, İranın və regiondakı digər ölkələrin maraqları tələb edərsə, öz mülahizələrini müvafiq tərəflərə açıq şəkildə təqdim etmək niyyətində olduğunu deyib.