Ezonn Xəbər

Paşinyanın Türkiyəyə gedəcəyi tarix açıqlandı

Paşinyanın Türkiyəyə gedəcəyi tarix açıqlandı
Ezonn TV «Axar.az» mənbəsinə istinadən xəbər verir. Ermənistanın Baş naziri Nikol Paşinyan noyabrın 11-də Türkiyəyə səfər edəcək. Axar.az xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb. O, Antalyada keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə 31-ci Konfransında (COP31) iştirak edəcək. Qeyd edək ki, COP31 noyabrın 9-da başlayıb və ayın 20-dək davam edəcək. Konfrans çərçivəsində noyabrın 11-12-də dövlət və hökumət başçılarının sammiti keçiriləcək.