Ezonn Xəbər

İrəvanla Bakı arasında münasibətlərin normallaşması... - Şoyqu

İrəvanla Bakı arasında münasibətlərin normallaşması... - Şoyqu
Ezonn TV «Axar.az» mənbəsinə istinadən xəbər verir. Bakı ilə İrəvan arasında münasibətlərin normallaşması artıq öz nəticələrini verir. Axar.az xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu Moskvada MDB ölkələrinin Təhlükəsizlik şuraları katiblərinin 14-cü illik görüşündə çıxışı zamanı deyib. Şoyqu Cənubi nəqliyyat kommunikasiyalarının açılmasının vacibliyini də vurğulayıb. Qeyd edək ki, sözügedən iclasda Azərbaycanın Təhlükəsizlik Şurasının katibi Ramil Usubov və Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan da iştirak edib.