Ezonn Xəbər

COP31-də Xəzərin ekoloji problemləri və Azərbaycanın iqlim təşəbbüsləri təqdim olunur

COP31-də Xəzərin ekoloji problemləri və Azərbaycanın iqlim təşəbbüsləri təqdim olunur
Ezonn TV «APA» mənbəsinə istinadən xəbər verir. Antalyada start götürən COP31 çərçivəsində Azərbaycanın “Dialoq Dəhlizi” adlı pavilyonunda ölkənin iqlim siyasəti, Xəzər dənizinin ekoloji vəziyyəti və biomüxtəlifliyin qorunması istiqamətində görülən işlər interaktiv formada nümayiş etdirilir. APA -nın Antalyaya ezam olunmuş müxbiri xəbər verir ki, pavilyonun bölmələrindən biri Xəzər dənizinin biomüxtəlifliyinə həsr olunub. Burada nərə balıqlarının və Xəzər suitilərinin sayının azalması, eləcə də onların qorunmasının vacibliyi barədə məlumatlar təqdim edilir. Digər bölmədə isə Xəzəryanı beş ölkənin ekoloji problemlərin həlli istiqamətində əməkdaşlığı və birgə təşəbbüsləri diqqətə çatdırılır. Ekspozisiyanın sonuncu hissəsində Azərbaycanın COP-a gedən yolu əks olunur. Burada 2015-ci ildən etibarən ölkənin iqlim siyasəti, Paris Sazişinə qoşulması, emissiyaların azaldılması üzrə öhdəlikləri və beynəlxalq iqlim təşəbbüslərində iştirakı barədə məlumat verilir. Qeyd edək ki, 244 kvadratmetr ərazini əhatə edən pavilyon Heydər Əliyev Mərkəzi və Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşkilatçılığı ilə hazırlanıb. Konfransın iki həftəsi ərzində burada 40-dan çox tədbir, panel müzakirəsi və ikitərəfli görüşün keçirilməsi nəzərdə tutulur. COP31-də Xəzərin ekoloji problemləri və Azərbaycanın iqlim təşəbbüsləri təqdim olunur Şəmkirdə yol qəzasında iki nəfər xəsarət alıb Pezeşkian: Biz dialoq və danışıqlar tərəfdarıyıq Lavrov: Əbu-Dabi danışıqlarının əsas mövzusu regionun təhlükəsizliyi olacaq İzmirdə fabrikdə partlayış olub, ölənlər və yaralananlar var - VİDEO - YENİLƏNİB-1 Şoyqu: Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması öz nəticəsini verir SOCAR ilə “Sinopec Corp.” arasında memorandum imzalanıb Özgür Özəl Prezident İlham Əliyevə zəng edib, Zəfər Günü ilə bağlı təbrikini çatdırıb Mərdəkan yolunda qəza baş verib, sıxlıq yaranıb - FOTO Münhendə yaşayan Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd ediblər - FOTO Naxçıvanda 3 maşın toqquşub, xəsarət alan var - FOTO Güclü qar səbəbindən Xınalıq yolu müvəqqəti bağlanıb - FOTO