Ezonn Xəbər

Azərbaycanın U-17 millisinin Avropa çempionatının seçmə mərhələsi üçün heyəti açıqlanıb

Azərbaycanın U-17 millisinin Avropa çempionatının seçmə mərhələsi üçün heyəti açıqlanıb
Ezonn TV «Cebheinfo.az» mənbəsinə istinadən xəbər verir. 17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin 2026/2027-ci illər mövsümündə Avropa çempionatının seçmə mərhələsinin I raundunda iştirak edəcək heyəti müəyyənləşib. "Cebheinfo.az" AFFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, heyətə 21 futbolçunun adı daxil edilib. Bu gündən noyabrın 19-dək Almaniyanın Frankfurt şəhərində olacaq komanda noyabrın 11-də Bakı vaxtı ilə saat 14:00-da Almaniya, 14-də saat 19:30-da Şimali İrlandiya, 17-də saat 14:00-da isə Litva yığması ilə qarşılaşacaq. İlk iki oyun "DFB Kampus"da, sonuncu görüş isə "Nidda-Sportfeld"də keçiriləcək.