Babək Quliyev UEFA-dan təyinat alıb

Ezonn TV «Yeniçağ» mənbəsinə istinadən xəbər verir.
Beynəlxalq dərəcəli hakim-inspektor Babək Quliyev Avropa Futbol Assosiasiyaları İttifaqından (UEFA) növbəti təyinat alıb. Yenicag.Az xəbər verir ki, bu barədə Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) məlumat yayıb. Bildirilib ki, o, Türkiyənin Trabzon şəhərində keçiriləcək 17 yaşadək futbolçular arasında Avropa çempionatının 2027-ci il seçmə mərhələsinin 11-ci qrupunun oyunlarında hakim-inspektor və UEFA nümayəndəsi kimi fəaliyyət göstərəcək. Babək Quliyev noyabrın 11-də Macarıstan – Şimali Makedoniya, noyabrın 14-də Şimali Makedoniya – San Marino, noyabrın 17-də isə San Marino – Macarıstan qarşılaşmalarına təyinat alıb. Ən son xəbərləri bizim Instagram səhifəmizdə izləyin @yenicagmedia “Yeni Çağ” Media Qrupu Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərlər də oxuculara çatdırır, müxtəlif sahələrdən bəhs edən müsahibələr, təhlillər, reportajlar, müəllif yazıları işıqlandırılır. AZ1138, Şərifzadə küç., 168A, 2-ci bina, 2-ci mərtəbə, m.1 Bütün hüquqları qorunur. Yeni Çağ Media Group - © 2007-2026