Polşada silahlı hücum təşkil edən şəxs xəstəxanada ölüb, daha 5 nəfər saxlanılıb- YENİLƏNİB
Ezonn TV «APA» mənbəsinə istinadən xəbər verir.
Polşada noyabrın 7-də baş verən terror aktından sonra beş nəfər saxlanılıb. APA xəbər verir ki, bu barədə Polşa Daxili İşlər Nazirliyinin sözçüsü Karolina Qaletska bildirib. Onın sözlərinə görə, Polşa Mərkəzi Kibercinayətkarlıq Bürosunun əməkdaşları Krakovda baş verən terror aktından sonra beş nəfəri saxlayıblar. Polşanın Krakov meydanında silahlı hücumla altı nəfəri qətlə yetirən şəxs xəstəxanada ölüb. APA xəbər verir ki, bu barədə yerli polis orqanı məlumat yayıb. Məlumata görə, Polşa sakini p olis əməkdaşları ilə atışma zamanı yaralanaraq xəstəxanaya yerləşdirilib. Qeyd edək ki, 7 noyabrda Krakovda bazar meydanında avtomobildən yoldan keçənlərə atəş açılıb. Altı nəfər ölüb, 16 nəfər yaralanıb. Yaralananlar arasında iki polis məmuru, Rusiya, Britaniya vətəndaşları da olub. Hücumun motivi məlum deyil. Polşa Baş naziri Donald Tusk hadisəni terror aktı adlandırıb. Daha sonra hücum edən şəxsin evində üç nəfərin meyiti tapılıb. Onların silahlı şəxsin ailə üzvləri olduğu bildirilib. Hadisə ilə əlaqədar Polşada iki günlük milli matəm elan olunub. Polşada silahlı hücum təşkil edən şəxs xəstəxanada ölüb, daha 5 nəfər saxlanılıb- YENİLƏNİB COP31-də Xəzərin ekoloji problemləri və Azərbaycanın iqlim təşəbbüsləri təqdim olunur Şəmkirdə yol qəzasında iki nəfər xəsarət alıb Pezeşkian: Biz dialoq və danışıqlar tərəfdarıyıq Lavrov: Əbu-Dabi danışıqlarının əsas mövzusu regionun təhlükəsizliyi olacaq İzmirdə fabrikdə partlayış olub, ölənlər və yaralananlar var - VİDEO - YENİLƏNİB-1 Şoyqu: Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması öz nəticəsini verir SOCAR ilə “Sinopec Corp.” arasında memorandum imzalanıb