Ezonn Xəbər

İran ABŞ-yə danışıqlar üçün iki gün vaxt verdi

İran ABŞ-yə danışıqlar üçün iki gün vaxt verdi
Ezonn TV «Yeniçağ» mənbəsinə istinadən xəbər verir. İran ABŞ ilə sülh danışıqlarının bərpası üçün irəli sürdüyü müddəti yeddi gündən iki günə endirib. Yenicag.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayiyə istinadən məlumat yayıb. Bəqayi həftəlik mətbuat konfransında Tehranın danışıqların bərpası ilə bağlı şərtlərini müdafiə edərək onları ən məntiqli təklif adlandırıb: “Danışıqlar başlamazdan əvvəl ABŞ-nin qanunsuz sanksiyalarının və dəniz blokadasının aradan qaldırılmasını, eləcə də bütün cəbhələrdə hərbi əməliyyatların dayandırılmasını tələb etmək məntiqsizdirmi?” Bununla da İran rəsmisi ABŞ Dövlət katibi Marko Rubionun Tehranın bəzi şərtlərini “qəbuledilməz, absurd və gülünc” adlandırmasına cavab verib. Bəqayi həmçinin ABŞ-nin İranla sərhəd keçidlərinin böyük hissəsini bağlaması üçün İraqa təzyiq göstərdiyini iddia edib. O, bunun Tehranla Bağdad arasındakı münasibətlərə təsir etməməli olduğunu vurğulayıb. Qeyd edək ki, Rubio İranla danışıqlarda irəliləyiş əldə olunması perspektivinə şübhə ilə yanaşdığını bildirib. ABŞ Prezidenti Donald Tramp isə danışıqlarda ciddi irəliləyiş olacağı təqdirdə İrana yeni zərbələr endirilməsi barədə əmr verməyəcəyini açıqlayıb. Ən son xəbərləri bizim X səhifəmizdə izləyin @yenicagmedia “Yeni Çağ” Media Qrupu Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərlər də oxuculara çatdırır, müxtəlif sahələrdən bəhs edən müsahibələr, təhlillər, reportajlar, müəllif yazıları işıqlandırılır. AZ1138, Şərifzadə küç., 168A, 2-ci bina, 2-ci mərtəbə, m.1 Bütün hüquqları qorunur. Yeni Çağ Media Group - © 2007-2026