Ezonn Xəbər

Zelenski Modi ilə Əbu-Dabi görüşünü müzakirə etdi

Zelenski Modi ilə Əbu-Dabi görüşünü müzakirə etdi
Ezonn TV «Yeniçağ» mənbəsinə istinadən xəbər verir. Ukrayna Prezidenti Vladimir Zelenski Hindistanın Baş naziri Narendra Modi ilə danışıb. Yenicag.az xəbər verir ki, bu barədə Vladimir Zelenski sosial şəbəkə hesabında paylaşım edib. Zelenski diplomatik vəziyyət, Əbu-Dabidə keçiriləcək görüşə hazırlıq və ərzaq təhlükəsizliyi məsələlərinə toxunub. “Diplomatiyadakı vəziyyət barədə məlumat verdim. Əbu-Dabidə keçiriləcək görüşün gündəliyində olan hər bir məsələ üzrə fəal hazırlıq aparırıq. Ukrayna tərəfinin yanaşması hər zaman konstruktivdir və Rusiyadan da gərginliyin azaldılması istiqamətində addım atmağa eyni hazırlıq tələb olunur. Cənab Baş nazir dəfələrlə, o cümlədən Rusiyanın rəhbərinə də bildirib ki, indi müharibəni davam etdirmək deyil, ona son qoymaq vaxtıdır. Hindistanın öz addımları və digər liderlərlə dialoqu vasitəsilə müharibənin başa çatmasını yaxınlaşdırmağa necə töhfə verə biləcəyini müəyyənləşdirməsi vacibdir. Bu istiqamətlərdən biri ərzaq təhlükəsizliyi ola bilər. Hindistan ərzaq dəhlizlərinin fəaliyyətinin qurulmasında vasitəçi kimi çıxış etməyə hazırdır və bu istiqamətdə səylərin davam etdiriləcəyinə ümid edirik. Bu və digər ikitərəfli məsələlərlə bağlı komandaların əlaqədə qalması barədə razılığa gəldik”, – deyə Zelenski bildirib. Ən son xəbərləri bizim X səhifəmizdə izləyin @yenicagmedia “Yeni Çağ” Media Qrupu Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərlər də oxuculara çatdırır, müxtəlif sahələrdən bəhs edən müsahibələr, təhlillər, reportajlar, müəllif yazıları işıqlandırılır. AZ1138, Şərifzadə küç., 168A, 2-ci bina, 2-ci mərtəbə, m.1 Bütün hüquqları qorunur. Yeni Çağ Media Group - © 2007-2026