Ezonn Xəbər

İbrahim Kalın: Vens və Möhsün Rzayi gələn həftə Dohada görüşəcək

İbrahim Kalın: Vens və Möhsün Rzayi gələn həftə Dohada görüşəcək
Ezonn TV «APA» mənbəsinə istinadən xəbər verir. Türkiyə Milli Kəşfiyyat Təşkilatının (MİT) rəhbəri İbrahim Kalın ABŞ-ın vitse-prezidenti Cey Di Venslə İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rzayinin Qətərdə keçirilməsi planlaşdırılan görüşü barədə açıqlama verib. “Turkiye” qəzeti xəbər verir ki, Kalın Dohada gələn həftə keçirilməsi nəzərdə tutulan görüşün ABŞ və İran arasında danışıqlarda irəliləyişə nail olmaq üçün mühüm fürsət ola biləcəyini bildirib. Ankarada keçirilən “Yaxın Şərqdə yeni regional ictimai müqavilə axtarışı” adlı konfransda çıxış edən Kalın ABŞ-İran münasibətlərində diplomatik təmasların davam etdiyini və danışıqların həlledici mərhələyə çatdığını qeyd edib. Onun sözlərinə görə, Türkiyə və regiondakı digər vasitəçilər tərəflər arasında yeddi maddədən ibarət razılaşma üzərində işləyirlər. Təklif olunan plana əsasən, İrana qarşı sanksiyaların ləğvi və dondurulmuş aktivlərinin azad edilməsi nəzərdə tutulur. Bunun müqabilində Tehran nüvə silahı əldə etməmək öhdəliyi götürməli, Beynəlxalq Atom Enerjisi Agentliyi ilə danışıqlara başlamalı və Hörmüz boğazındakı blokadanı aradan qaldırmalıdır. Kalın tərəflər arasında əsas fikir ayrılığının ilk addımın kim tərəfindən atılacağı ilə bağlı olduğunu bildirib. MİT rəhbəri razılıq əldə olunmayacağı təqdirdə ABŞ-nin İrana yenidən zərbə endirə biləcəyi barədə xəbərdarlıq edib. O, qarşıdakı bir neçə günün danışıqların taleyi baxımından həlledici ola biləcəyini vurğulayıb. Kalın, həmçinin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ABŞ Prezidenti Donald Trampla telefon danışığında İrana qarşı yeni hərbi əməliyyatın keçirilməməsinə çağırdığını bildirib. İbrahim Kalın: Vens və Möhsün Rzayi gələn həftə Dohada görüşəcək Rusiya və Ukrayna nümayəndə heyəti üçtərəfli danışıqların keçiriləcəyi Əbu-Dabiyə yola düşüb “Biz qayıtmışıq!” - AzTV Böyük qayıdışla bağlı videoçarx hazırlayıb Tehranın ikili standartları: Diplomatik etirazın arxasında hansı ziddiyyətlər dayanır? – TƏHLİL İzmirdə partlayış nəticəsində 10 nəfər ölüb, 15 yaralı var - VİDEO - YENİLƏNİB-2 Polşada silahlı hücum təşkil edən şəxs xəstəxanada ölüb, daha 5 nəfər saxlanılıb- YENİLƏNİB COP31-də Xəzərin ekoloji problemləri və Azərbaycanın iqlim təşəbbüsləri təqdim olunur Şəmkirdə yol qəzasında iki nəfər xəsarət alıb Pezeşkian: Biz dialoq və danışıqlar tərəfdarıyıq Lavrov: Əbu-Dabi danışıqlarının əsas mövzusu regionun təhlükəsizliyi olacaq Şoyqu: Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması öz nəticəsini verir SOCAR ilə “Sinopec Corp.” arasında memorandum imzalanıb