Gümrüdə Rusiya hərbi bazasının iki hərbçisi həbs edilib
Ezonn TV «APA» mənbəsinə istinadən xəbər verir.
Rusiyanın Gümrüdəki hərbi bazasının hərbçilərinin iştirakı ilə baş verən növbəti insidentdən sonra iki rusiyalı hərbçi həbs olunub. Bu barədə “Azadlıq” radiosunun Ermənistan xidməti məlumat yayıb. Onlar Ermənistanda cəzaçəkmə müəssisəsində saxlanılır. Zərərçəkən Ukrayna vətəndaşı Dmitri Samuilenkodur. O, hüquq-mühafizə orqanlarına müraciət edərək iki hərbçinin Gümrünün Ani məhəlləsində onu döydüyünü bildirib. Hadisə təxminən bir ay əvvəl baş verib. İstintaq Komitəsindən bildirilib ki, bir qrup şəxs tərəfindən fiziki zorakılıq göstərilməsi maddəsi ilə cinayət işi başlanıb və məhkəmə-tibbi ekspertizası təyin edilib. Hərbi bazanın iki hərbçisi sağlamlığa yüngül zərər vurmaq ittihamı ilə həbs olunub. İnsidentin hansı səbəbdən baş verdiyi və rusiyalıların ukraynalını nə üçün döydüyü hələlik məlum deyil. Nə Rusiya hərbi bazası, nə də Rusiyanın Ermənistandakı səfirliyi bu və digər insidentlə bağlı hər hansı şərh verib. Gümrüdə Rusiya hərbi bazasının iki hərbçisi həbs edilib İbrahim Kalın: Vens və Möhsün Rzayi gələn həftə Dohada görüşəcək Rusiya və Ukrayna nümayəndə heyəti üçtərəfli danışıqların keçiriləcəyi Əbu-Dabiyə yola düşüb “Biz qayıtmışıq!” - AzTV Böyük qayıdışla bağlı videoçarx hazırlayıb Tehranın ikili standartları: Diplomatik etirazın arxasında hansı ziddiyyətlər dayanır? – TƏHLİL İzmirdə partlayış nəticəsində 10 nəfər ölüb, 15 yaralı var - VİDEO - YENİLƏNİB-2 Polşada silahlı hücum təşkil edən şəxs xəstəxanada ölüb, daha 5 nəfər saxlanılıb- YENİLƏNİB COP31-də Xəzərin ekoloji problemləri və Azərbaycanın iqlim təşəbbüsləri təqdim olunur Şəmkirdə yol qəzasında iki nəfər xəsarət alıb Pezeşkian: Biz dialoq və danışıqlar tərəfdarıyıq Lavrov: Əbu-Dabi danışıqlarının əsas mövzusu regionun təhlükəsizliyi olacaq Şoyqu: Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması öz nəticəsini verir