Ezonn Xəbər

Krit sahillərində faciə: 12 miqrantın meyiti tapıldı

Krit sahillərində faciə: 12 miqrantın meyiti tapıldı
Ezonn TV «Yeniçağ» mənbəsinə istinadən xəbər verir. Yunanıstan Sahil Mühafizəsi Xidməti Krit adası sahillərində xilasetmə əməliyyatı keçirib. Yenicag.az “Reuters”ə istinadən xəbər verir ki, əməliyyat zamanı gəmidən 12 miqrantın meyiti çıxarılıb. Hazırda onların ölüm səbəbləri müəyyənləşdirilir. Xilasedicilər Kaloy-Limenes limanından təxminən 15 dəniz mili məsafədə yerləşən ərazidən 18 nəfəri təxliyə edə biliblər. Bundan əlavə, sahil mühafizəsi əməkdaşları Krit sahillərində paralel olaraq həyata keçirilən daha iki əməliyyat zamanı onlarla miqrantı xilas ediblər. Sağ qalanların hamısı tibbi və humanitar yardım göstərilməsi üçün sahilə çıxarılıb. Ən son xəbərləri bizim Whatsapp kanalımızda izləyin @yenicagmedia “Yeni Çağ” Media Qrupu Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərlər də oxuculara çatdırır, müxtəlif sahələrdən bəhs edən müsahibələr, təhlillər, reportajlar, müəllif yazıları işıqlandırılır. AZ1138, Şərifzadə küç., 168A, 2-ci bina, 2-ci mərtəbə, m.1 Bütün hüquqları qorunur. Yeni Çağ Media Group - © 2007-2026