“Barselona”nın futbolçusu Avropanın ən yaxşı gənc oyunçusu seçilib

Ezonn TV «APA» mənbəsinə istinadən xəbər verir.
İspaniyanın “Barselona” klubunun və ölkə millisinin müdafiəçisi Pau Kubarsi Avropanın ən yaxşı gənc futbolçusuna verilən “Golden Boy” mükafatına layiq görülüb. Bu barədə mükafatın təsisçisi olan İtaliyanın “Tuttosport” nəşri məlumat yayıb. Kubarsi ötən mövsüm “Barselona”nın heyətində İspaniya çempionu olub və ölkə kubokunu qazanıb. Qeyd edək ki, “Golden Boy” mükafatı 2003-cü ildə “Tuttosport” qəzeti tərəfindən təsis edilib. Mükafat hər il Avropa ölkələrinin yüksək liqalarında çıxış edən 21 yaşadək ən yaxşı futbolçuya təqdim olunur. 2024-cü ildə bu mükafatın qalibi “Barselona”nın ispaniyalı hücumçusu Lamin Yamal olub. “Barselona”nın futbolçusu Avropanın ən yaxşı gənc oyunçusu seçilib Tramp Konqresə seçkilərin saxtalaşdırıldığını iddia edib Mehriban Əliyeva sosial media hesabında Hacıqabuldan paylaşım edib Gümrüdə Rusiya hərbi bazasının iki hərbçisi həbs edilib İbrahim Kalın: Vens və Möhsün Rzayi gələn həftə Dohada görüşəcək Rusiya və Ukrayna nümayəndə heyəti üçtərəfli danışıqların keçiriləcəyi Əbu-Dabiyə yola düşüb “Biz qayıtmışıq!” - AzTV Böyük qayıdışla bağlı videoçarx hazırlayıb Tehranın ikili standartları: Diplomatik etirazın arxasında hansı ziddiyyətlər dayanır? – TƏHLİL İzmirdə partlayış nəticəsində 10 nəfər ölüb, 15 yaralı var - VİDEO - YENİLƏNİB-2 Polşada silahlı hücum təşkil edən şəxs xəstəxanada ölüb, daha 5 nəfər saxlanılıb- YENİLƏNİB COP31-də Xəzərin ekoloji problemləri və Azərbaycanın iqlim təşəbbüsləri təqdim olunur Şəmkirdə yol qəzasında iki nəfər xəsarət alıb Pezeşkian: Biz dialoq və danışıqlar tərəfdarıyıq