Ezonn Xəbər

Gümrüdə Rusiya ordusunun iki hərbçisi saxlanıldı

Gümrüdə Rusiya ordusunun iki hərbçisi saxlanıldı
Ezonn TV «Axar.az» mənbəsinə istinadən xəbər verir. Ermənistanda iki rusiyalı hərbçi Ukrayna vətəndaşını döyməkdə şübhəli bilinərək saxlanılıb. Axar.az xəbər verir ki, bu barədə “Azadlıq Radiosu”nun erməni xidməti Ermənistan İstintaq Komitəsinə istinadla məlumat yayıb. Məlumata görə, təxminən bir ay əvvəl Gümrüdəki Rusiya bazasının hərbi qulluqçuları şəhərin rayonlarından birində ukraynalı Dmitri Samuelenkonu döyüblər. Hücumla bağlı cinayət işi başlanıb və məhkəmə-tibbi ekspertizası təyin edilib.